Braziliyanın “Qremio” futbol klubunun prezidenti Alberto Qerra bildirib ki, hücumçu Luis Suares sağ dizindəki osteoartrit səbəbindən diz protezinə ehtiyac ola bilər.
Doğru.az xəbər verir ki, onun sözlərini BeSoccer yayıb.
“Bu, çoxlu iynələr, çoxlu dərmanlar tələb edir və o, limitinə çatır. Vəziyyət ciddidir, dizə protez qoyulması ehtimalı nəzərdən keçirilir”, – deyə Querra bildirib.
Daha əvvəl Luis Suaresin səhhətində yaranan problemlərə görə karyerasını bitirmək planlarından kluba danışdığı bildirilirdi.
Mənbə: Sport.ru