İspaniya “Barselona”sının prezidenti Joan Laporta Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Arda Güleri transfer etmək istədiklərini təsdiqləyib.
Funksioner “TV3” kanalının efirində 18 yaşlı yarımmüdafiəçi üçün İstanbul təmsilçisi ilə danışıq apardıqlarını bildirib.
O, Kataloniya təmsilçisinin idman direktoru Dekunun bu məsələ ilə məşğul olduğunu söyləyib:
“Deku hazırda Arda Gülərin keçidi üzərində işləyir. Skautlarımız uzun müddətdir Ardanı izləyirlər. Bu məsələdə Dekunun da müsbət fikri var. Gələn il transferi tamamlamağa çalışacağıq”.
Qeyd edək ki, Arda Gülerlə Avropanın digər tanınmış klubları da yaxından maraqlanır.
Mənbə: TRT Spor