image-nerjbanner
image-ads_atlas
image-messibackend

Baş məşqçi Messinin Argentina millisindəki rolunu açıqlayıb

image-nerjbanner

Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı və hücumçusu Lionel Messinin millidəki rolundan danışıb.

“Onun özünəməxsus rəhbərlik yolu var. Kapitan kimi liderdir və komanda yoldaşlarını irəli aparır. Və təbii ki, o, rəqiblərini məğlub etməklə də nümunə göstərir. O, həmişə bizə kömək edib, həmişə bizimlə əla olub və ona məşq etmək çox xoşdur”, – Skaloni bildirib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu oldu. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında hücumçu 7 oyunda 7 qol vurub. Həlledici görüşdə argentinalılar Fransaya penaltilər seriyasında qalib gəlib.

Mənbə: Sports.ru

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki