image-2000x150px
image-123
image-ads_atlas
image-upload-20230221_gaf_u39_969-pic_32ratio_900x600-900x600-94231backend

Baş məşqçi Spalletti “Napoli”dən ayrılma səbəblərini açıqlayıb

image-728x90px

Luçano Spaletti İtaliya A Seriyasında çıxış edən “Napoli” klubundan ayrılma səbəblərini açıqlayıb.

“Bəzən çox sevgiyə görə ayrılırsınız. “Napoli” daha yaxşısına layiqdir və mən buna hazır deyiləm.

Bir neçə həftə əvvəl klub prezidentinə bir il istirahətə ehtiyacım olduğunu söylədim. Mən xoşbəxtəm ki, o, bunu açıq şəkildə deyib. Reallıq belədir “deyə jurnalist Fabrizio Romano sosial şəbəkədə Spallettinin sözlərini çatdırır.

Mayın 29-da “Napoli”nin prezidenti Aurelio De Laurentis Spalettinin 2022/23 mövsümünün sonunda baş məşqçi postunu tərk etdiyini açıqlayıb.

Klub rəhbərinin sözlərinə görə, 64 yaşlı mütəxəssis yeni mövsümdə işləmək üçün resursunu tükətdiyi üçün klub sahibinə məzuniyyətə çıxmaq istədiyini bildirib.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki