image-n1karobka_ads
image-123
image-68ec9e0702e8bd6480265ffdbackend

Başqırdıstanda dəhşətli yol qəzası: 3 nəfər həyatını itirib

image-ad_qayo_720x110px

Başqırdıstan Respublikasında ağır yol qəzası baş verib.

Doğru.az xəbər verir ki, M-5 “Ural” avtomobil yolunun 1343-cü kilometrliyində “Daewoo Nexia” markalı minik avtomobili ilə “Scania” markalı yük maşını toqquşub. Respublikanın Dövlət Yol Müfəttişliyi hadisə nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.

İlkin məlumata görə, 25 yaşlı qadın idarə etdiyi minik avtomobili ilə qarşı istiqamətə çıxaraq yük maşını ilə toqquşub.

Qeyd edək ki, sentyabr ayında da Rusiyanın Novosibirsk vilayətində R-254 “İrtış” şossesində oxşar hadisə baş vermişdi — üç yük maşını və bir “Qazel”in toqquşması nəticəsində bir nəfər ölmüşdü.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki