“Molde” və “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Solskjaer “Bavariya”nın yeni baş məşqçisi ola bilər.
Bu barədə Sky Sports Deutschland jurnalisti Florian Plotterbek öz Tvitter hesabında məlumat verib.
Mənbənin məlumatına görə, norveçli mütəxəssis Almaniyanın hazırkı çempionlarının bossları tərəfindən müvəqqəti məşqçi kimi nəzərdən keçirilir. Kristof Freund Solskjaerin namizədliyinə xüsusi maraq göstərir, lakin hazırda Bayern rəhbərliyi hazırkı baş məşqçi Tomas Tuçelin mövsümü başa vurmasına icazə verməyə hazırdır.
Mənbə: NTV Spor