image-n1karobka_ads
image-123
image-rian_6519450-hr-pic_32ratio_900x600-900x600-42505backend

Belarus xarici təzyiqin ən çətin mərhələsini keçdiyini bəyan edib

Belarusun baş naziri Roman Qolovenko Vyetnamın baş naziri Fam Min Trinhlə danışıqlarda bildirib ki, Qərbin sanksiyaları altında Belarus iqtisadiyyatın sabitliyini nümayiş etdirə və öz mallarının başqa ölkələrə ixracı üçün yeni marşrutlar qura bilib.

Bu barədə Belarus hökumətinin Telegram kanalı məlumat yayıb.

“Biz ən çətin mərhələni keçdik, iqtisadiyyatımızın sabitliyini, əhalinin rifah səviyyəsini təmin etdik, uğurla yenidən qurduq və mallarımızın ixracı üçün yeni logistika zəncirləri yaratdıq”, – deyə Belarusun baş naziri bildirib.

O qeyd edib ki, Belarus da Rusiya kimi ciddi xarici təzyiq altındadır, ilk növbədə, ölkələrimizin müstəqil siyasəti ilə bağlıdır.

Qolovçenkonun sözlərinə görə, hazırda dünyada yeni geosiyasi reallıqlar yaranır. Mövcud beynəlxalq münasibətlər sistemi yeni dünya düzəninə çevrilir, beynəlxalq aləmdə yeni oyunçular tanınır, regional təşkilatların təsiri artır. Eyni zamanda, “beynəlxalq münasibətlərdə dialoq və qarşılıqlı fəaliyyət getdikcə daha çox təhdid və məcburiyyətlə əvəzlənir”.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki