Rusiya Güləş Federasiyasının (FSBR) prezidenti Mixail Mamiaşvili bildirib ki, qurum 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına gedəcək yerli idmançıları dəstəkləyəcək.
Bu barədə o, “Sovet Sport”a danışıb.
“Hazırda tam qeyri-müəyyənlik var. Biz Avropa çempionatına hazırlaşırıq, 12-də idmançılar Buxarestdə mübarizəyə başlayacaqlar. Sonra nə olacağını görəcəyik. Beynəlxalq federasiya ilə dialoq məsələsi bir az düzgün deyil. İndi nəyəsə qərar verir? Amerikalılar onlara necə əmr edirsə, elə də edəcəklər. Bu təşkilatın hər hansı müstəqilliyindən və ya ictimai xarakterindən söhbət gedə bilməz – o, bütün Olimpiya hərəkatı kimi siyasi və maliyyə dairələri tərəfindən tamamilə idarə olunur.
Bununla belə, əminliklə deyə bilərəm ki, Rusiya Güləş Federasiyası Paris Olimpiadasına yollanacaq idmançılarımıza heç şübhəsiz dəstək verəcək”, – deyə Mamiaşvili bildirib.
Mənbə: Sports.ru