image-n1karobka_ads
image-123
image-20010130_zaf_s03_001-pic_32ratio_900x600-900x600-94354backend

Bill Qeyts Microsoft-u şirkətdə vəzifə tutmadan idarə edir

image-ad_qayo_720x110px

2021-ci ildə idarə heyətindən istefa verən Microsoft-un keçmiş sədri Bill Qeyts, rəsmi rolu olmasa da, şirkətin strateji təşəbbüslərinə, xüsusən də süni intellekt sahəsində əhəmiyyətli təsir göstərməyə davam edir.

Bu barədə Business Insider öz mənbələrinə istinadən xəbər verir.

Jurnalistlərin fikrincə, Qeyts şirkətin korporativ həyatında fəal rol oynayır, strateji məsələlər üzrə məsləhətlər verir, məhsulun təhlilində iştirak edir, eləcə də əsas menecerlərin işə götürülməsi prosesində və OpenAI-nin baş direktoru Sem Altmanla mühüm tərəfdaşlıq əlaqələrinin qorunmasında iştirak edir.

Keçən il Microsoft süni intellekt texnologiyasını özünün Bing axtarış sistemində tətbiq etdiyini elan etdi və sonra onun adı dəyişdirilərək Copilot oldu. Mənbələrə görə, Bill Qeyts bu həllin hazırlanmasında və həyata keçirilməsində əsas rol oynayıb.

“Microsoft”un hazırkı rəhbəri Satya Nadella və şirkətin yüksək menecmenti Bill Qeytsin fikrini yüksək qiymətləndirir və korporasiyada əsaslı dəyişikliklər edərkən bunu nəzərə alır. OpenAI ilə tərəfdaşlığın başlanğıcından bəri Bill Qeyts mütəmadi olaraq Sam Altmandan əsas nailiyyətlər və problemlər haqqında təqdimatlar alır.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki