Yaxın Şərqdə gərginlik pik həddə çatıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan ərəb ölkələrinin İrana qarşı sərt mesaj göndərdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, nazirin sözlərinə görə, Fars körfəzi ölkələri son hücumların arxasında duran səbəbləri anlamadıqlarını bildirir. Onlar münaqişədə iştirak etmədiklərini bəyan etsələr də, ərazilərinin hədəfə alınması ciddi narahatlıq doğurur.
TRT Haber-in məlumatına görə, Ər-Riyadda keçirilən görüş zamanı Körfəz ölkələri vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə cavab addımlarının qaçılmaz olacağını vurğulayıblar. “Bu, son xəbərdarlıqdır. Son hücumlar riskin artdığını göstərir”, – deyə Fidan bildirib.
Nazir həmçinin qeyd edib ki, Ankara regionun genişmiqyaslı müharibəyə sürüklənməsinin əleyhinədir və gərginliyin azaldılması üçün diplomatik səylərini davam etdirir.
DOĞRU.AZ


























