Baş nazir Nikol Paşinyanın ardınca Ararat Mirzoyan bildirib ki, hakim partiya 7 iyundakı parlament seçkilərində çoxluğu təmin edə bilməsə, Azərbaycanla müharibə olacağını proqnozlaşdırıb.
Jurnalistlərin baş nazirin müharibənin (seçki məğlubiyyəti halında-red.) sentyabrda başlayacağı ilə bağlı məlumatı haradan aldığını soruşduqda, xarici işlər naziri Paşinyan şərti olaraq bu barədə danışdığını bildirib.
Nazir deyib ki, belə bir perspektiv realdır və bu, müxalifət qüvvələrinin ideologiyasından irəli gəlir. O, rəqiblərini “faktiki olaraq bütün qonşu ölkələrə qarşı” ərazi iddiaları irəli sürməkdə ittiham edib.
Bir gün əvvəl Paşinyan partiya liderləri ilə görüşündə bəyan etmişdi ki, Vətəndaş Müqaviləsi partiyası parlament seçkilərində konstitusiya çoxluğunu təmin etməsə, sentyabrda Azərbaycanla “fəlakətli müharibə” başlayacaq.
Musavat.com


























