İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin yaralı və tamamilə təcrid olunmuş vəziyyətdə olduğu, ona ünvanlanan rəsmi mesajlara heç bir cavab vermədiyi iddia edilir.
Doğru.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ və İsrailin təhlükəsizlik xidmətlərindəki yüksək rütbəli rəsmilərə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Ali Rəhbərlə əlaqənin kəsilməsi ölkə daxilində qeyri-müəyyənliyi artırıb.
İsrail rəsmiləri isə yaranmış bu vəziyyətdən istifadə edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və bəzi mühafizəkar din xadimlərinin ölkə daxilində nəzarəti tamamilə ələ keçirməyə çalışdıqlarını qeyd edirlər. Hazırda Tehranda hərbi nəzarətin gücləndirildiyi və qərar qəbulu prosesində ciddi dəyişikliklərin baş verdiyi vurğulanır.
DOĞRU.AZ


























