image-ads_n1karobka_mobile
image-nocomment_f69976b5249340b893859e46b046eba2_sbwxfije9m38urtzn6av-640x336backend

Müctəbadan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

image-add-a-heading

İranın yeni dini lideri Müctəba Xamenei Türkiyə istiqamətində baş verən raket insidenti ilə bağlı diqqətçəkən açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Xamenei İrandan atıldığı iddia olunan və Türkiyə hava məkanında məhv edilən raketlərlə bağlı ölkəsinin heç bir əlaqəsinin olmadığını bildirib.

Onun sözlərinə görə, Türkiyə və Oman kimi İranla yaxşı münasibətləri olan ölkələrə qarşı hücumların həyata keçirilməsi mümkün deyil.

“Yaxşı münasibətlərimiz olan Türkiyə və Oman ərazilərinə edilən hücumlar qətiyyən İran İslam Respublikasının silahlı qüvvələri və ya müqavimət cəbhəsinin digər qüvvələri tərəfindən həyata keçirilməyib. Bu raket hücumları ilə heç bir əlaqəmiz yoxdur. Bu, sionist düşmənin aldatmasıdır”, – deyə Xamenei vurğulayıb.

O qeyd edib ki, bu cür hadisələr İranla qonşu ölkələr arasında gərginlik yaratmaq məqsədi daşıyan “yalançı bayraq” əməliyyatları ola bilər.

Məlumata görə, mart ayının ilk yarısında – 4, 9 və 13 mart tarixlərində İran ərazisindən buraxıldığı iddia edilən və Türkiyə istiqamətində hərəkət edən üç ballistik raket aşkarlanıb. Raketlər Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə nəticəsində hər hansı itki və ya maddi ziyanın qeydə alınmadığını açıqlayıb.

Xamenei çıxışında həmçinin bildirib ki, İran düşmənlərin düşündüyündən daha güclüdür və ölkə daxilində birlik daha da möhkəmlənəcək. O, İran xalqını “zərərli media kampaniyalarına qarşı ayıq olmağa” çağırıb.

Qeyd edək ki, Müctəba Xamenei atasının – İranın ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra bu posta gətirilib. Onun ilk açıqlamalarından biri regionda artan hərbi gərginlik fonunda verilib.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki