İsrail ordusunun İrandakı Cənubi Pars qaz yatağına hücumları və Tehranın buna verdiyi reaksiyalar ABŞ-ı mürəkkəb vəziyyətə salıb. Məsələ ilə bağlı Con Mirşaymer “Breaking Points” verilişində danışıb.
Doğru.az xəbər verir ki, ekspert bildirib ki, bu cür hücumlar yalnız neft və benzinin deyil, eyni zamanda əsas ərzaq məhsullarının qiymətinin artmasına səbəb ola bilər. Onun sözlərinə görə, bu proses qlobal inflyasiyanı sürətləndirəcək.
Mirşaymer vurğulayıb ki, nəticədə iqtisadi artım zəifləyəcək və bu, dünyada milyonlarla insan üçün ciddi sosial nəticələr doğura bilər.
Qeyd edək ki, daha əvvəl Tasnim News Agency İranın Cənubi Pars və Əsəluyə neft-qaz obyektlərinə hücum edildiyini açıqlamışdı.
ABŞ prezidenti Donald Trump isə Ağ Evin İsrailin bu hücum planlarından xəbərsiz olduğunu etiraf edib və belə addımların təkrarlanmayacağına ümid etdiyini bildirib. Bununla yanaşı, o, İranın Qətərə hücumu halında sərt cavab veriləcəyini də istisna etməyib.
Eyni zamanda, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bu zərbəni Yaxın Şərqdə baş verən qarşıdurmada dönüş nöqtəsi kimi qiymətləndirib.
DOĞRU.AZ


























