Moskva-Bakı reysi ilə uçan “Aeroflot” şirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına qəza enişi edib.
Apa.az xəbər verir ki, təyyarə səhər saat 8:00-da Bakıya yola düşüb, lakin mühərrikində nasazlıq yarandığı üçün Şeremetyevoya qayıdıb.
Təyyarə Moskva vaxtı ilə saat 12:10-da təhlükəsiz şəkildə yerə enib.
DOĞRU.AZ


























