İranın paytaxtı Tehran martın 20-si səhər saatlarında bir neçə hava hücumuna məruz qalıb. Hadisə ilə bağlı Al Jazeera məlumat yayıb.
Doğru.az xəbər verir ki, nəşr şəhərdə ard-arda ən azı 4-5 partlayışın baş verdiyini, müxtəlif ərazilərdə tüstünün müşahidə olunduğunu bildirib. Hücumların xüsusilə paytaxtın mərkəzi və şərq hissələrini əhatə etdiyi qeyd olunur.
Məlumata görə, baş verənlər bölgədə artan gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir.
Xatırladaq ki, daha əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani-yə qarşı sui-qəsd cəhdinə cavab olaraq Tehran İsrailin Ben Qurion hava limanında yanacaq dolduran təyyarələrə hücum etmişdi.
DOĞRU.AZ


























