İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkəsinə qarşı həyata keçirdiyi hərəkətlərlə bağlı xəbərdarlıq xarakterli mesaj yayımlayıb.
Metbuat.az xəbər verir ki, İran Prezidenti X sosial media platformasında paylaşım edərək bildirib:
“ABŞ-ın İrana qarşı təcavüzü və Ali Liderin öldürülməsi beynəlxalq mübahisələrdə qlobal hüquq normalarını məhv edəcək yeni bir presedent yaradır. Əgər dünya möhkəm dayanmasa, onun alovu çoxlarını yandıracaq”.
Pezeşkian əlavə edib ki, əgər beynəlxalq ictimaiyyət bu gərginliyin artmasına qəti şəkildə qarşı çıxmasa, “bu od-alov çoxlarını yandıracaq”.
DOĞRU.AZ


























