Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Jong Un və qızı Kim Ju-ae hərbi təlimlər zamanı tanka miniblər. Bu görüntülər KCNA tərəfindən yayımlanıb.
Doğru.az xəbər verir ki, Şimali Koreya lideri Koreya Xalq Ordusunun Paytaxt Müdafiə Korpusunun təlim bazasına baş çəkib. O, burada piyada və tank bölmələrinin hücum təlimlərini izləyib.
Bildirilir ki, təlimlər zamanı ordunun döyüş hazırlığı və texniki imkanları nümayiş etdirilib.
Qeyd edək ki, bundan əvvəl Kim Çen In qızı ilə birlikdə yeni tapança istehsalına başlayan zavodu da ziyarət etmiş, silahın döyüş xüsusiyyətləri ilə şəxsən tanış olmuşdu.
DOĞRU.AZ


























