image-ads_n1karobka_mobile
image-69bc911e02e8bd39783d7e26backend

Pezeşkian: ABŞ-ın addımı qlobal hüquqa zərbədir

image-add-a-heading

ABŞ-ın İrana qarşı hərbi addımları beynəlxalq hüquq sisteminə ciddi təsir göstərə bilər. Bu barədə İran prezidenti Məsud Pezeşkian açıqlama verib.

Doğru.az xəbər verir ki, o, “X” platformasında paylaşımında bildirib ki, ABŞ-ın bu addımı beynəlxalq mübahisələrdə təhlükəli presedent yaradır və qlobal hüquq normalarını sarsıdır.

Pezeşkian vurğulayıb ki, bu cür yanaşma gələcəkdə beynəlxalq münasibətlər sistemində daha böyük gərginliklərə səbəb ola bilər.

Qeyd edək ki, İran prezidenti daha əvvəl Yaxın Şərqdə davam edən münaqişənin həlli üçün əsas şərtlərdən birinin Tehrana təzminat ödənilməsi olduğunu da bildirmişdi.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki