image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2021-08-08t124455z_759640943_sp1eh880zeqgv_rtrmadp_3_olympics-2020-ceremony-closing-pic_32ratio_900x600-900x600-87949backend

BOK təcili iclas çağırıb

image-728x90px

Beynəlxalq Boks Federasiyasının (IBA) bəyanatı ilə əlaqədar Beynəlxalq Olimpiya Komitəsi (BOK) fövqəladə iclas keçirəcək.

Bu barədə Inside The Game məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ABB hesabat yayaraq, dayandırmanın aradan qaldırılması üçün şərtləri yerinə yetirdiyini və 2024-cü ildə boks üzrə Olimpiya yarışlarının təşkilinə qayıtmağa hazır olduğunu bildirib.

Bu mövzunun müzakirə olunacağı ilkin iclasın iyunun 20-22-də keçirilməsi nəzərdə tutulmuşdu. BOK-un İcraiyyə Şurasının iclası iyunun 7-də distant formatda keçiriləcək.

Xatırladaq ki, ABB 2019-cu ildə idarəetmə, maliyyə və etik məsələlərə görə diskvalifikasiya edilib. 2020-ci il Olimpiya Oyunlarında boks turniri BOK-un özü tərəfindən təşkil olunub.

Mənbə: Sport.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki