image-n1karobka_ads
image-123
image-17467084172613334745_1200x630backend

Böyükşor-Pirşağı yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü kilometrlik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a bildiriblər ki, hərəkətin məhdudlaşdırılması 10 may tarixində səhər saat 09:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.

Hərəkətin məhdudlaşdırlması ilə əlaqədar olaraq ərazidə sürücülərə alternativ yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki