image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-2backend

BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparıldılar – YENİLƏNİB + FOTO

image-728x90px

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 6 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Bundan başqa, Rusiya sülhməramlılarına məxsus altı avtomobilin həmin yoldan hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Yanacaq daşıyan altı maşın Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki