image-n1karobka_ads
image-123
image-673d8db9ae5ac9422b47719ebackend

Braziliya Starlink-i Çin SpaceSail ilə əvəz etməyi planlaşdırır

Braziliya hökuməti İlon Maskın Starlink peyk rabitəsini əvəz edə biləcək Çin şirkəti SpaceSail ilə əməkdaşlıq niyyəti haqqında saziş imzalayıb.

Bu barədə G1 portalı məlumat yayıb.

Qeyd edildiyi kimi, Braziliyanın Telebrás telekommunikasiya şirkəti Çinin SpaceSail şirkəti ilə müqavilə imzalayıb.

Nəşr bildirir ki, saziş Çin şirkəti Braziliyada fəaliyyət göstərəcəyi təqdirdə əməkdaşlıq niyyətini nəzərdə tutur.

Ölkə hökuməti izah edib ki, SpaceSail yaxın 14 ay ərzində 648 peyk buraxmağı planlaşdırır. SpaceSail bundan sonra Braziliyada xidmətlər təklif edə biləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki