image-ads_n1karobka_mobile
image-69b9f77302e8bd221953d7acbackend

Britaniyada yanacaq rasionu tətbiq oluna bilər

image-add-a-heading

Yaxın Şərqdə artan gərginlik fonunda Böyük Britaniyada yanacaq satışı məhdudlaşdırıla bilər.

Doğru.az xəbər verir ki, The Times nəşrinin yazdığına görə, ölkə yaxın iki ay ərzində neft və qaz üzrə “əhəmiyyətli təchizat çatışmazlığı” ilə üzləşə bilər. Bu vəziyyət hökuməti müharibə davam etdiyi müddətdə yanacaq üçün xüsusi “kateqoriya” tətbiq etməyə məcbur edə bilər.

Ekspert Nik Batler bildirib ki, Hörmüz boğazı vasitəsilə neft və qaz tədarükü iki-üç həftə ərzində bərpa olunmasa, vəziyyət ciddi xarakter ala bilər.

Nəşr qeyd edir ki, hökumət ilk növbədə ərzaq təchizatı, xəstəxanalar, məktəblər və nəqliyyat sistemlərini qorumağa çalışacaq ki, bu da faktiki olaraq rasionlaşdırma deməkdir.

Xatırladaq ki, daha əvvəl Daily Mail də enerji bazarındakı vəziyyət səbəbilə ölkənin qazsız qalmaq riski ilə üzləşdiyini yazmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki