image-2000x150px
image-123
image-ads_atlas
image-manat-pulbackend

Bu işçilərin maaşı artdı

image-728x90px

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 11,2% artaraq 934 manat təşkil edib.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

İlkin məlumatlara görə, bu il yanvarın 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 741,8 min nəfər olub. Onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,1%-i təhsil, 18,6%i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Qeyd edək ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki