UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Baş tutan iki matçla son yarımfinalçılar müəyyənləşib.
Münhendə “Bavariya” “Mançester Siti”ni qəbul edib. İlk görüşdə üç cavabsız qolla qalib gələn ingilislər səfərdə sərfəli nəticəni qorumağı bacarıblar – 1:1
Burada komanda “Real”la (Madrid) üz-üzə gələcək. Digər matç Milanda baş tutub.“İnter” Portuqaliyada 0:2 hesablı qələbə qazandığı “Benfika”nı sınağa çəkib. Görüş bol qollu alınıb – 3:3.
Bu nəticə ilə İtaliya təmsilçisi yarımfinala adlayıb. Burada onlar əzəli rəqibləri “Milan”la üz-üzə gələcəklər.
“Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:1
Qollar: Yozua Kimmix, 83 (penalti) – Erlinq Holann, 57
İstifadə edilməyən penalti: Erlinq Holann, 38 (“Mançester Siti”)
İlk oyun – 0:3
“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) – 3:3
Qollar: Nikolo Barella, 14. Lautaro Martines, 65. Xoakin Korrea, 78 – Fredrik Eursnes, 38. Antonio Silva, 86. Petar Musa, 90+5
İlk oyun – 0:2
DOĞRU.AZ