UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.
Turnirin son qalibi “Real Madrid” İspaniyada “Çelsi”ni qəbul edib. Kral klubu “zadəganlar”ın qapısından iki cavabsız top keçirərək Londondakı görüş öncəsi üstünlük əldə edib – 2:0. “Çelsi” 60-ci dəqiqədən azlıqda çıxış edib. Belə ki, Ben Çiluel qırmızı vərəqə alaraq meydandan qovulub.
Digər oyun isə İtaliyada “Milan” və “Napoli” arasında baş tutub. Bu mövsüm ölkə çempionatında əla oyun nümayiş etdirən qonaqlar bunu Avrokubok matçında nümayiş etdirə bilməyərək minimal hesabla məğlub olublar – 1:0. Qeyd edək ki, Napoli də 75-ci dəqiqədən azlıqda qalıb. 5 dəqiqə ərzində 2 sarı vərəqə ilə cəzalandırılan Anqissa qırmızı vərəqə alaraq meydanı tərk edib.
Xatırladaq ki, 1/4 finalın ilk oyunlarında “Mançester Siti” İngiltərədə Almaniya “Bavariya”sına 3:0, İtaliya “İnter”i isə Portuqaliyada “Benfika”ya 0:2 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
12 aprel
“Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə) 2:0
Qollar: Kərim Benzema, 22. Marko Asensio, 74
Madrid, “Santyaqo Bernabeu” stadionu
“Milan” (İtaliya) – “Napoli” (İtaliya) 1:0
Qol: İsmael Bennaser, 40
Milan, “San Siro” stadionu