Moskva “Lokomotiv”inin sabiq hücumçusu Dmitri Bulıkin İngiltərənin “Mançester Siti” klubunu Çempionlar Liqasının qalibi olmaq üçün əsas favorit hesab edir.
“Mançester Siti” əlbəttə ki, hazırkı Çempionlar Liqasında mənim üçün favoritdir. Amma futbol gözlənilməz oyundur. Bütün pley-off görüşlərini izləmək çox maraqlı olacaq”, – Bulıkin bildirib.
1/8 finalda “Mançester Siti” Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq. İlk görüş fevralın 13-də Danimarkada baş tutacaq.
Mənbə: Sports.ru