image-n1karobka_ads
image-123
image-20160707_gaf_u60_038-pic_32ratio_1200x800-1200x800-4105backend

Çexiya millisinin keçmiş qapıçısı Haşek Avropa Parlamentində rusların qəbulu ilə bağlı çıxış edəcək

image-ad_qayo_720x110px

Çexiya milli xokkey komandasının, Moskvanın “Spartak”ının və Milli Xokkey Liqasının (NHL) klublarının keçmiş qapıçısı Dominik Haşek iyulda Avropa Parlamentində Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakı təklifi ilə çıxış edəcək. 

Keçmiş xokkeyçi Rusiya və Belarus təmsilçilərinin istənilən startdan kənarlaşdırılmasını tələb edəcək. Hasek, həmçinin Avropa Parlamentinin ən nüfuzlu üzvləri ilə görüşərək, ayrı-ayrı federasiyaların rusların və belarusların iştirakına razılıq verməsi səbəbindən beynəlxalq idmanda vəziyyəti müzakirə etməyi planlaşdırır.

Haşek hesab edir ki, qarşıdan gələn çıxış onun üçün sərt mövqeyini bir daha ictimaiyyətə çatdırmaq üçün mühüm fürsət olacaq.

Mənbə: Sport.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki