image-2000x150px
image-123
image-ads_atlas
image-20200719_gaf_u39_400-pic_32ratio_900x600-900x600-73055backend

Çin ABŞ-la münaqişə təhlükəsindən danışıb

image-728x90px

Çin və ABŞ arasındakı münaqişənin dünya üçün fəlakətli nəticələri olacaq.

Haber Global xəbər verir ki, bunu Çinin ABŞ-dakı keçmiş səfiri Cui Tiankay deyib.

Onun sözlərinə görə, Amerikanın keçmiş dövlət katibi Henri Kissincer dəfələrlə xəbərdarlıq edib ki, münaqişələrdən və qarşıdurmalardan çəkinmək lazımdır.

“İnanıram ki, hər iki ölkədə ağlabatan insanların əksəriyyəti bunu başa düşür, lakin bu, heç bir şey etməməklə avtomatik olaraq münaqişə və qarşıdurmadan qaça biləcəyimiz anlamına gəlmir”, – deyə keçmiş səfir bildirib.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki