Regional Çin bankları Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb.
Bu barədə “İzvestiya” Rusiya şirkətlərinin nümayəndələrinə istinadən yazır.
Bu tendensiya 2023-cü ilin dekabrından müşahidə olunur. Əvvəlcə regional banklar Rusiyadan dollarla ödənişləri qəbul etməkdən imtina etdilər. Daha sonra yuanla əməliyyatlara məhdudiyyətlər tətbiq olunmağa başladı.
Ekspertlər bu problemləri Çinin ABŞ sanksiyalarına məruz qalmaq istəməməsi ilə əlaqələndirirlər.
Bundan əvvəl Çin Tayvana silah satışına görə Amerikanın Lockheed Martin şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.
DOĞRU.AZ