Çinli hərbi ekspert Lan Şunjenq ABŞ-ın 2030-cu ilə qədər Ayda nüvə reaktorunun tikintisini başa çatdırması və onun istismarına icazə almasının mümkünlüyünü şübhə altına alıb.
Doğru.az xəbər verir ki, o bu barədə RİA Novosti-yə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, Ayda nüvə reaktorunun fəaliyyəti Yer üzərindəki analoqlardan tamamilə fərqli olacaq və bu səbəbdən ciddi mühəndislik problemləri hələ də həllini tapmayıb.
Lan Şunjenq eyni zamanda vurğulayıb ki, hazırda heç bir özəl Amerika şirkəti Aya eniş üçün kifayət qədər etibarlı imkanlara malik deyil. Onun fikrincə, SpaceX şirkətinə məxsus Starship kosmik gəmisi sınaqlar zamanı dəfələrlə partlayıb və hələ yüzlərlə kiloqram uran yanacağının daşınması üçün tələb olunan təhlükəsizlik standartlarına cavab vermir.
Qeyd edək ki, avqust ayında ABŞ-ın nəqliyyat katibi Şon Daffi ölkənin Ay bazası təşəbbüsünün bir hissəsi olaraq nüvə reaktorunun tikilməsinin planlaşdırıldığını təsdiqləmişdi.
DOĞRU.AZ




























