Dağıstanın Untsukulski rayonunda baş verən yol qəzası nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Doğru.az xəbər verir ki, Respublika Səhiyyə Nazirliyindən bildirilib: 2 nəfər hadisə yerində ölüb, 1 nəfərə ambulator yardım göstərilib, 8 nəfər isə xəstəxanaya yerləşdirilib. Yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Rusiya Federasiyasının Dağıstan üzrə İstintaq Komitəsi açıqlayıb ki, xidməti avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil aşıb. Qəza zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı həlak olub.
Qəza ilə bağlı cinayət işi açılıb.
Xatırladaq ki, bundan əvvəl Başqırdıstanda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb.
DOĞRU.AZ