image-2000x150px
image-dede-suleymanbackend

Dədə Süleymana niyə Xalq artisti adı verilmədi?

image-728x90px

“Süleyman Abdullayevə 10 il bundan əvvəl Əməkdar artist fəxri adını verincə, heç olmasa, birbaşa Xalq artisti adı vermək lazım idi. Mən gözləyirdim ki, Qədir Rüstəmov kimi o da birbaşa Xalq artisti fəxri adına layiq görüləcək, çünki onun əməyinin qiymətləndirilməsi çox ləngimişdi. Sabir Mirzəyev də 70 yaşında Əməkdar artist adına layiq görüldü, halbuki, o da birbaşa Xalq artisti adına layiq görülməli idi. Əgər Xalq aristi fəxri adı yaşa görə yox, xidmətə görə verilirsə, o zaman bizim musiqi xiridarlarını, musiqişünasları çağırsınlar. Onların arasında təkcə əli qələm tutanlar yox, həm də musiqini dərindən bilən və sevən peşəkar adamlar var. Vaxtilə flarmoniyada Süleyman Abdullayevin konsertlərinin necə anşlaqla keçdiyini bu gün də xatırlayan adamlar var. Onun konsertləri, səs yazıları vaxtilə əlbəəl gəzib, sevilib”.

Bunu   açıqlamasında Əməkdar jurnalist Qulu Ağsəs deyib.

Qulu Ağsəs bildirib ki, Əməkdar artist Süleyman Abdullayev “Dədə” ünvanını alanda heç 60 yaşı yox idi:

“Onun haqqında yazdığım “Qarğış” hekayəsini elə 60 yaşı ərəfəsində qələmə almışdım. Süleyman Abdullayevin Azərbaycan muğamının, mədəniyyətinin inkşiafında xidmətləri olduqca böyükdür. Həmin sənədli hekayənin əvvəlində də xidmətlərini göstərmişəm. Seyid Şuşinski kimi sənətkar onun səsini qiymətləndirib və özü ilə Bakıya gətirib, yanında saxlayıb, ona dərs deyib. Seyid Şuşinskinin sayəsində Süleyman Abdullayev Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. O zaman Azərbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin sədri, ölkənin ikinci adamı Süleyman Abdullayevin – bir cavan uşağın səsini eşidir və ustadı, Seyid Şuşinski ilə bərabər onları otağında qəbul edir. Mən son illərdə hansısa parlament sədrinin hansısa müğənninin səsini eşidib onu qəbul etməsini eşitməmişəm. Gedib parlamentin qabağında da oxusan səni çağırıb içəri salmazlar. Əgər o dövrdə parlamentin sədri Süleyman Abdullayevi qəbul edibsə, deməli, onunku xüsusi bir səsdir. Doğrudan da Süleyman Abdullayev xüsusi bir istedad idi”.

Əməkdar jurnalist bildirib ki, Süleyman Abdullayev dünyasını dəyişənə qədər oxuyan sənətkarlarımızdandır:

“Onun səsi boğaz səsi deyildi. Onun səsi Süleyman müəllimin bütün hüceyrələrindən axıb gəlirdi. Bu adam bütün varlığı ilə oxuyurdu. Süleymanın oxumayan bədən üzvü yox idi. Olsaydı, onu kəsib atardı. Bu insan öz külliyatını toplamayıb. Yaxşı oxumayıbsa, bunun səs yazıları Heydər Əliyev Fondunun “Qızıl Fond”una necə daxil olub?! Allah ona qəni-qəni rəhmət eləsin! Süleyman Abdullayev birmənalı böyük sənətkardır. Xalq artisti adını ona verməyənlər əsas günahkarlardır. Haqqını almayan yox, haqqı verməyən günahkar hesab olunur. O, Xalq artisti fəxri adını çoxdan almalı idi. Nazir Polad Bülbüloğlunun, heç olmasa, Əbülfəz Qarayevin dönəmində bu fəxri ada layiq görülməli idi. İndiki dövrə qalmalı deyildi. Görün, onun səsini kimlər görüb, kimlər bəyənib. Onun tay-tuşu Zeynəb Xanlarovadır. Zeynəb Xanlarova iki ölkənin və SSRİ-nin Xalq artistidir. Zeynəb Xanlarovanın çağdaşı, sənət yoldaşı Süleyman Abdullayev heç bir ölkənin də Xalq artisti ola bilmədi. Süleyman Abdullayev həm də haqqında yeganə roman və hekayə yazılmış sənətkarımızdır. Yazıçı Seyran Səxavət onun haqqında “Bəhanə” adlı roman qələmə alıb. Mədəniyyət nazirliyi “yaşına görə yox, xidmətlərinə görə Xalq artisti adı verilir” açıqlamasını yaymaqdansa, “biz onun diskini hazırlayacağıq və yaxud ölümündən sonra haqq etdiyi fəxri adı alması üçün nə mümkündürsə, edəcəyik” cavabını versəydi, daha yaxşı olardı. Süleyman Abdullayevin sevənləri çoxdur. Onun irsini qoruyub saxlayacaqlar. Azərbaycan muğam sənətində Süleyman Abdullayevin dəst-xətti bir başqadır və əvəzolunmazdır”.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki