image-ads_n1karobka_mobile
image-01kmnr6gdkxm5sbygz8y7e5f19-largebackend

KİV: İranda 1 milyondan çox döyüşçü səfərbər edildi

image-add-a-heading

ABŞ-nin quru əməliyyatı keçirəcəyi təqdirdə, cavab tədbirləri üçün bir milyondan çox İran döyüşçüsü səfərbər edilib.

Report.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

“ABŞ-nin İran ərazisində quru əməliyyatına başlaya biləcəyi ilə bağlı fərziyyələrin artması ilə əlaqədar İran döyüşçüləri arasında amerikalılar üçün İran torpağında tarixi cəhənnəm yaratmaq üçün həvəs dalğası böyüyür”, – məlumatda bildirilib.

Mənbə qeyd edib ki, son günlər İran gəncləri tərəfindən də ABŞ və İsrailə qarşı cavab hərbi əməliyyatlarında iştirak etməyə kütləvi maraq müşahidə olunur.

“ABŞ intihar və özünü məhvetmə taktikalarının köməyi ilə Hörmüz boğazını açmaq istəyi. Bu, normaldır. Biz həm onların intihar strategiyasının həyata keçirilməsinə, həm də boğazın bağlı qalmasına hazırıq”, – hərbi mənbə əlavə edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki