image-n1karobka_ads
image-123
image-17665886774947215236_1200x630backend

İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binası açıldı – FOTO

image-ad_qayo_720x110px

Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Doğru.az xəbər verir ki, açılış Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən yenidənqurma işlərinin başa çatması ilə əlaqədar təşkil olunub. Tədbirdə teatr kollektivi, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və Milli Məclisin deputatları iştirak ediblər.

Məlumata görə, 3000 kvadratmetrlik binada səhnə müasir standartlara uyğunlaşdırılıb, yeni kiçik səhnə yaradılıb, işıq və səs sistemləri yenilənib. Tamaşaçı zalının akustikası təkmilləşdirilib, məşq zalları, qrim otaqları və texniki xidmət sahələri qurulub.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu bina yalnız teatr fəaliyyəti üçün deyil, həm də Azərbaycan teatr ənənələrinin və Qərbi Azərbaycan yaddaşının yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxış edənlər yeni binanın mədəniyyətimizin inkişafına verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayıb, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DOĞRU.AZ 

image-17665886774590544020_1200x630 image-17665886774947215236_1200x630 image-17665886772956263592_1200x630 image-1766588677545565249_1200x630 image-17665886771754559825_1200x630 image-17665886775427737023_1200x630 image-17665886773838131761_1200x630 image-17665886774772940089_1200x630 image-1766588677427439306_1200x630 image-1766588677581899187_1200x630 image-1766588677459706421_1200x630 image-17665886771280625932_1200x630 image-17665886774449323117_1200x630 image-1766588677467082664_1200x630 image-17665886773622910633_1200x630 image-1766588677809246991_1200x630 image-17665886774936820926_1200x630 image-17665886772277134894_1200x630 image-17665886774892549665_1200x630 image-17665886775516832373_1200x630 image-17665886772280054374_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki