Türkiyənin Uşak bələdiyyəsində korrupsiya və rüşvət ittihamları ilə bağlı əməliyyat keçirilib.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində 27 mart 2026-cı ildə Uşak, Ankara və Kocaelidə eyni vaxtda əməliyyatlar təşkil olunub. Əməliyyat nəticəsində Uşak bələdiyyə başçısı Özkan Yalım da daxil olmaqla 11 nəfər saxlanılıb.
Bələdiyyə tenderlərində saxta hesab-fakturalar vasitəsilə yaranan fərqlərin rüşvət kimi əldə edildiyi, bəzi şirkətlərə tender verilməsi müqabilində bələdiyyə rəhbərliyinin yaxınlarına pay verilməsi üçün təzyiqlər göstərildiyi istintaq materiallarında iddia olunur. Bundan əlavə, bəzi vəsaitlərin “ianə” adı ilə toplanaraq mənimsənildiyi də bildirilir.
Məlumata görə, Özkan Yalım Ankara şəhərində yerləşən hotellərdən birində bələdiyyənin 21 yaşlı xanım əməkdaşı ilə birlikdə saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.
DOĞRU.AZ


























