CNBC Bank of America-nın sorğu məlumatlarına istinadən xəbər verir ki, dolların məzənnəsi növbəti 12 ay ərzində ucuzlaşmağa davam edəcək.
Qeyd olunur ki, araşdırmanın nəticələrinə əsasən, respondentlərin 61%-i yaxın 12 ay ərzində dolların məzənnəsinin daha da aşağı düşəcəyini proqnozlaşdırıb.
Bundan əvvəl iqtisad elmləri namizədi, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Balının 2025-ci ildə dolların orta məzənnəsinin 84-89 rubl diapazonunda qalacağı barədə fikirlərini bölüşüb.
DOĞRU.AZ