image-n1karobka_ads
image-123
image-17677945774104511814_1200x630backend

DSX-nin 2025-ci ilin xidməti-döyüş nəticələri açıqlanıb – FOTO

image-ad_qayo_720x110px

Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

Doğru.az xəbər verir ki, müşavirə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. General-polkovnik Elçin Quliyev ölkə rəhbərliyinin sərhəd xidməti qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyini qeyd edib.

Hesabatda bildirilir ki, 2025-ci ildə DSX tərəfindən:

dövlət sərhədini pozan 516 nəfər,

sərhəd rejimini pozan 1 226 nəfər,

axtarışda olan 3 922 nəfər,

saxta və digər qanunsuz sənədlərlə sərhədi keçməyə cəhd edən 122 nəfər saxlanılıb.

Terrorçuluqla mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8 və qeyri-qanuni miqrasiya ilə 12 mütəşəkkil dəstə zərərsizləşdirilib. Həmçinin 4 ton 311 kiloqram 864 qram narkotik, 78 min 457 ədəd psixotrop və güclü təsiredici həblər, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın sərhəddən keçirilməsinin qarşısı alınıb, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.

Müşavirədə cari ildə qarşıda duran vəzifələr də diqqətə çatdırılıb: sərhədçilərin döyüş hazırlığının yüksəldilməsi, texniki vasitələrlə sərhəd mühafizəsinin gücləndirilməsi, çətin relyefli ərazilərdə və istənilən hava şəraitində tapşırıqların icrası, hərbi intizamın möhkəmləndirilməsi və şəxsi heyətin sağlamlığının qorunması.

DOĞRU.AZ

image-1767794577865837058_1200x630 image-17677945776360319300_1200x630

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki