Dubay hava limanındakı rüsumsuz mağazalar ödəniş üçün Rusiya valyutasını nağd şəkildə qəbul etməyə başlayıb.
Bu barədə RİA Novosti yazır.
“Bəli, rubl qəbul edirik. Amma mübadilə dirhəm məzənnəsi ilə baş verir”, – deyə üçüncü terminaldakı mağazalardan birinin nümayəndəsi bildirib.
Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina transsərhəd hesablaşmalar üçün alternativ kanalların işlənib hazırlanmasının zəruriliyini bildirmişdi.
Mərkəzi Bank dollar və avronun məzənnəsini müəyyən etmək üçün də yeni sistem tətbiq edib.
DOĞRU.AZ