Amerikalı Johnson & Johnson şirkəti ardıcıl altıncı ildir ki, dünyanın ən qiymətli əczaçılıq brendləri reytinqində birinci yeri tutub.
Bunu brendin qiymətləndirilməsi sahəsində konsaltinq şirkəti olan Brand Finance-in məlumatları sübut edir.
Son bir ildə J&J brendinin dəyəri 5% artaraq 13,4 milyard dollara çatıb.
Ən sürətlə inkişaf edən əczaçılıq brendləri Novo Nordisk və Eli Lilly idi. Onların dəyəri müvafiq olaraq 64% (5,1 milyard dollar) və 53% (5,9 milyard dollar) artıb.
Mənbə: Blommberg