image-2000x150px
image-123
image-ads_atlas
image-422002541_822671172952117_6700580847745132245_nbackend

Dünyanın ən varlı insanlarının siyahısı məlum oldu

image-728x90px

Fransız iş adamı, “Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun yaradıcısı və prezidenti Bernard Arno “Forbes”in qiymətləndirməsinə görə yenidən planetin ən zəngin insanları siyahısına başçılıq edir. Əvvəllər bu siyahıda lider “Tesla” və “SpaceX”-in yaradıcısı İlon Mask idi.

Qeyd olunur ki, 74 yaşlı Arnonun sərvəti 21,6 milyard dollar artaraq 205,8 milyard dollara çatıb. Onun LVMH şirkətlər qrupuna 75 moda və kosmetika brendləri daxildir. Ötən ilin yanvarında da jurnal Arnonun sərvətini 221 milyard dollar dəyərində qiymətləndirərək, onu dünyanın ən varlı insanı elan etdi.

Mask siyahıda ikinci yeri tutub. “Tesla” və “SpaceX”in ümumi kapitalı 204,2 milyard dollar təşkil edib. O, ilk dəfə 2021-ci ilin yanvarında dünyanın ən varlı insanı oldu. O zaman onun sərvəti 200 milyard dollardan çox qiymətləndirilirdi, 2021-ci ilin noyabr ayının əvvəlində isə 340 milyard dollara çatıb.

Jurnalın məlumatına görə, üçüncü yerdə Amerikanın Amazon korporasiyasının yaradıcısı Ceff Bezos (179,9 milyard dollar) qərarlaşıb. İlk beşliyə həmçinin Oracle korporasiyasının yaradıcılarından biri Larri Ellison (142,6 milyard dollar) və “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq (138,8 milyard dollar) daxil olub.

Planetin ən zəngin insanları onluğuna “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet (125,9 milyard dollar) və “Microsoft”un yaradıcısı Bill Qeyts (122,8 milyard dollar) daxildir.

Mənbə: vedomosti.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki