image-ads_n1karobka_mobile
image-fb_img_1672929017437backend

Əkbər Abbasov Qlobal Cənubi Koreya təqaüd proqramının qalibi ilə görüşüb – FOTO

image-add-a-heading

Əkbər Abbasov qlobal təqaüd proqramının Azərbaycanda yeganə qalibi olan gəncimizlə görüşüb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Qlobal Cənubi Koreya təqaüd proqramının qalibi Nuriyeva Sevinc ilə görüşüb.

Cənubi Koreyanın nüfuzlu ali məktəbinin tələbəsi adını qazanması münasibətilə onu təbrik edərək universitetdə əla qiymətlərlə oxumasını, müstəqil Azərbaycanın adını, şərəfini həmişə uca tutmasını arzulayıb.

İcra baçısı təhsil sahəsində əldə etdiyi nailiyyətə görə Sevinc Nuriyevanı Təşəkkürnamə və hədiyyə ilə təltif edib.

Sevinc Nuriyeva göstərilən etimadı layiqincə doğruldacağını, təhsilini başa vurandan sonra Vətənə qayıdıb ixtisası üzrə işləyəcəyini bildirib.

DOĞRU.AZ

image-fb_img_1672929019832


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki