Energetika naziri Pərviz Şahbazov iyulun 22-də İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Nazirlikdən Doğru.az-a bildiriblər ki, vətəndaşlarla görüş saat 11:00-dan başlayaraq İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.az), Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
DOĞRU.AZ