image-n1karobka_ads
image-123
image-upload-2023-11-07t215900z_1706877264_rc2j84a0iq82_rtrmadp_3_israel-palestinians-protests-czech-pic_32ratio_900x600-900x600-97665backend

Ərəb ölkələri HƏMAS-ı azad edilmək üçün girovların siyahısını təqdim etməyə çağırır

Misir və Qətər nümayəndələri HƏMAS-ı Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad edilmək üçün girovların siyahısını təqdim etməyə çağırır.

Bu barədə “The Guardian” qəzeti anonim mənbələrə istinadən xəbər verir.

Onların sözlərinə görə, Misir və Qətər rəsmiləri İsraillə razılaşmanın birinci mərhələsində azad ediləcək girovların siyahısının təqdim edilməsini tələb edərək, Qahirədə Həmas müzakirəçilərinə təzyiq göstərirlər.

İsrail, ABŞ rəsmilərinə görə, xəstələr, qocalar və qadınların da olduğu 40 nəfərlik girovun azad edilməsi ilə başlayan altı həftəlik atəşkəsə razılaşıb. Lakin Vaşinqtondakı rəsmilər HƏMAS-ın niyə buraxılış siyahısını təqdim edə bilmədiklərini başa düşə bilmirlər. Bəziləri problemin HƏMAS və Qəzza zolağındakı digər hərəkatların daxilindəki kommunikasiya çətinlikləri ilə əlaqədar olduğunu, bəziləri isə HƏMAS üzvlərinin bəzilərinin girovlarla bağlı məlumatları gizlətdiyini iddia edir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki