Estoniya müdafiə qüvvələrinin komandanı general Martin Herem bildirib ki, Kiyevə yardım göstərmək üçün Avropada kifayət qədər ehtiyat var.
Bu barədə Estoniyanın ERR dövlət yayımçısının saytı məlumat yayıb.
Heremin sözlərinə görə, Avropanın kifayət qədər ehtiyata malik olması şübhəsizdir. General qeyd edib ki, COVID-19 pandemiyası zamanı xərclər 1 trilyon dollar təşkil edib. Hazırda Qərbin Kiyevə dəstəyi bu məbləğə belə yaxınlaşmır.
Daha əvvəl bildirilmişdi ki, Estoniyanın müdafiə naziri Hanno Pevkur Kiyevə vermək üçün hər kəsin ehtiyatından bütün sursatları götürməyi təklif edib.
Mənbə: Sputnik