Eurovision Mahnı Müsabiqəsi 2025-ci ilin mayında İsveçrənin Bazel şəhərində keçiriləcək.
“Bazel 2025-ci ildə 69-cu Avroviziya Mahnı Müsabiqəsi üçün ev sahibi şəhər seçilib”, – Avropa Yayım Birliyinin bəyanatında deyilir.
Onlar qeyd ediblər ki, müsabiqə üçüncü dəfə İsveçrədə, lakin ilk dəfə ölkənin almandilli hissəsində keçiriləcək. 1956-cı ildə “Eurovision” italyan dilli Luqanoda, 1989-cu ildə isə fransızdilli Lozannada baş tutdu.
Yarışın həm yarımfinalı, həm də finalı 2025-ci il mayın 13, 15 və 17-də Sankt Yakobşalledə baş tutacaq.
Eurovision 2024- ün qalibi isveçrəli ifaçı Nemo olub.
Mənbə RİA Novosti