Böyük Britaniyanın sağçı-populist “Reform UK” partiyasının lideri Naycel Faraj “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, əgər ölkənin növbəti baş naziri olsa, NATO hava məkanını pozduğu iddia edilən Rusiya təyyarələrini vurmağa hazır olacaq.
Doğru.az xəbər verir ki, siyasətçi həmçinin Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya təhvil verilməsini dəstəklədiyini və BMT-nin sülhməramlı qüvvələrinin tərkibində Britaniya qoşunlarının Ukraynaya göndərilə biləcəyini bəyan edib.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Healey NATO hava məkanının pozulması halında Rusiyaya qarşı güclü cavab veriləcəyini açıqlamışdı.
Eyni zamanda, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Avropa İttifaqının hava məkanında Rusiya təyyarəsinin vurulacağı təqdirdə, Moskvanın simmetrik cavab verəcəyi ilə hədələyib.
DOĞRU.AZ