Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən Mingəçevir su anbarının sahil hissəsində fəaliyyət göstərən çimərliklərdə və Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində monitorinq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, monitorinqdə FHN-in aidiyyəti qurumlarının məsul şəxsləri, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Şəhər Polis Şöbəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak ediblər.
Monitorinqin keçirilməsində əsas məqsəd yay aylarında insanların istirahəti zamanı təhlükə törədə biləcək amillərin vaxtında aşkarlanması olub. Nöqsanlar barədə aktlar tərtib edilib və aidiyyəti üzrə xəbərdarlıq olunub.
DOĞRU.AZ