image-2000x150px
image-fotojet-2022-12-10t140219-826backend

 FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıblar

image-728x90px

1-4 dekabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş sənəti üzrə uşaq, yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında 3-cü dünya çempionatı keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 21 ölkədən 450-ə yaxın idmançının qatıldığı çempionatda Azərbaycan Alpaqut milli yığma komandası 31 idmançı ilə iştirak edərək Alpaqut Turan döyüş sənətinin 5 (ayça, batur, caymaz, qurşaq, kaçut) sistemi üzrə mübarizə aparıb. Azərbaycan Alpaqut milli yığma komandasının üzvləri, FHN-in əməkdaşları Xüsusi Riskli Xilasetmə Xidmətinin daxili xidmət çavuşu Nurlan Kərimov və Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin komendantı, daxili xidmət baş çavuşu Tural Useynov yarışda yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, Nurlan Kərimov 85 kq çəki dərəcəsində qurşaq sistemi üzrə, Tural Useynov isə +85 kq çəki dərəcəsində batur sistemi üzrə 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olublar. Qaliblər çempionatın medal və diplomları ilə təltif ediliblər. Nurlan Kərimov Alpaqut Turan döyüş sənəti üzrə üçqat dünya, ikiqat Avrasiya, Tural Useynov isə ikiqat dünya və üçqat Avrasiya çempionlarıdır.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılarla görüşərək əldə edilmiş nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Dünya çempionatında ümumi komandaların nəticələrinə əsasən, Türkiyə millisi 1-ci, Azərbaycan millisi 2-ci, İraq millisi isə 3-cü yerə layiq görülüb.

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ